Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyanın dəvəti ilə Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Marketta Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gəlib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, çex parlamentariləri qondarma erməni soyqırımı qurbanlarının önünə əklil və gül dəstələri qoyublar.
Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyanın Çexiya nümayəndə heyəti ilə görüşündən sonra Simonyan və Pekareva arasında birgə mətbuat konfransı baş tutub.