Martın 1-ə qədər Aİ ölkələri Ukraynaya vəd edilən 1 milyon artilleriya mərmisindən cəmi 600 mini tədarük edə biləcək.
Ucnoqta.az xəbər verir ki, Bloomberg bu barədə mənbələrə istinadən məlumat yayıb.
Adı açıqlanmayan diplomatlar agentliyə bildiriblər ki, sursat istehsalında davam edən gecikmələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən Aİ ölkələri Kiyevə 1 milyon mərmi tədarük etmək planından xeyli geri qalacaq. Cəmi 600 minə yaxın döyüş sursatı göndərmək mümkün olacaq.