NATO-nun Soyuq Müharibədən bəri ən böyük “Sabit Müdafiəçi 2024” təliminin Rusiya sərhədləri yaxınlığında aktiv mərhələsi başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb.
Agentliyin məlumatına görə, təlimlərə silahlı qüvvələrin bütün növ və bölmələri, o cümlədən on minlərlə hərbi qulluqçu və yüzlərlə hərbi texnika cəlb olunub.
Qeyd olunur ki, təlimlərdə alyansın bütün 32 ölkəsindən 90 min hərbçi iştirak edir. Manevrlər Baltikyanı ölkələr, Polşa və Almaniyada keçiriləcək.