Polis və Ekvador Silahlı Qüvvələri yanvarın əvvəlində həbsxanada iğtişaşlar zamanı zorakılıqların baş verməsindən bəri 4680 şübhəlini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublika polisi məlumat yayıb.
Bildirilir ki, 4680 nəfər saxlanılıb, onlardan 237-si terrorizmdə şübhəli bilinir. 8,3 minə yaxın partlayıcı qurğu və 40 tondan çox narkotik maddə aşkarlanıb. Girovluqdan azad edilən polis və islah zabitlərinin sayı 200-ü ötüb.