Qadın quş qripindən öldü

08:21 - 31 Yanvar 2024 - DÜNYA

Çinin şərqində quş qripindən insan ölümü qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Xəstəliklərə Nəzarət üzrə Dövlət Administrasiyasına istinadən məlumat yayıb.

Bildirilir ki, H3N2 və H10N5 ştammları ilə yoluxma nəticəsində yaranan fəsadlar nəticəsində Anhuy əyalətinin şərqindəki Xuancheng şəhərindən olan 63 yaşlı qadın ölüb.

Xəstədə 2023-cü ilin noyabr ayının sonunda xəstəlik əlamətləri başlayıb. Qadın yerli xəstəxanaya yerləşdirilib və dekabrın 16-da orada ölüb.

Bildirilir ki, epidemioloqlar artıq xəstə ilə təmasda olanları müəyyənləşdiriblər lakin yeni hal aşkar etməyiblər.

Xəbər xətti