Yaponiyada Yaponiya dənizi sahilindəki Noto yarımadası ərazisində baş verən silsilə güclü zəlzələlər nəticəsində ölənlərin sayı 238-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İşikava prefekturasının səlahiyyətliləri məlumat yayıb.
Əvvəllər 232 nəfərin həlak olduğu bildirilirdi.
Yanvarın 1-dən Yaponiyada 1,2 mindən çox zəlzələ baş verib.