Tailandda məktəbli qız polis əməkdaşını zorlamaqda ittiham edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Thaiger məlumat yayıb.
Avtomobil idarə etmək hüququ olmadan moped sürdüyü iddia edilən 11-ci sinif şagirdini patrul xidməti əməkdaşları saxlayıblar. Hüquq-mühafizə orqanları qaydanı pozan şəxsdən sürücülük vəsiqəsi olmadığına görə dərhal 2000 baht cərimə ödəməsini tələb edib.
Qız pul ödəməkdən imtina edib və onun İsan əyalətində polis bölməsi yaxınlığında cinsi təcavüzə məruz qaldığı iddia edilib. Zərərçəkən daha sonra sosial şəbəkələrdə Tailand polisi tərəfindən zorlandığını bildirib.
Hadisədən internetdən xəbər tutan yerli sakinlər hərtərəfli və qərəzsiz araşdırma aparılmasını tələb ediblər.