Əməliyyat zamanı ölən şəxslə bağlı - Rəsmi açıqlama

18:07 - 30 Yanvar 2024 - ÖLKƏ İÇİ

Xəbər verdiyimiz kimi, ötən gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Cavadov vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, şəxs əməliyyat zamanı vəfat edib:

“Göyçay Rayon Mərkəzi Xəstəxanasının Şüa diaqnostika şöbəsində rentgen-texnik vəzifəsində çalışan Göyçay rayon sakini 1961-ci il təvəllüdlü (cinsi kişi) şəxs yanvarın 29-da həkim-travmatoloq tərəfindən sol ayağın birinci barmağının distal falanqasının xroniki osteomieliti, barmağın fleqmonası, şəkərli diabet tip 2, ağır forma, sol ayağın V barmağın qazanılma olmaması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyat zamanı ağciyər arteriyasının trombemboliyası diaqnozu ilə dünyasını dəyişib”.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti