Blinken altıncı dəfə İsrailə səfər edəcək

17:02 - 30 Yanvar 2024 - DÜNYA

ABŞ dövlət katibi Antoni Blinken fevralın 3-dən 5-dək İsrailə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail mediası yazıb.

Bildirilir ki, bu, oktyabrda Qəzza zolağında hərbi münaqişə başlayandan bəri Blinkenin İsrailə altıncı səfəri olacaq.

Dövlət katibi İsrailə sonuncu dəfə yanvarın əvvəlində baş nazir Binyamin Netanyahu və hərbi liderlərlə bir sıra görüşlər keçirərkən səfər edib.

Xəbər xətti