Şimali Koreya Liviya və Honq-Konqdakı diplomatik nümayəndəliklərini bağlayıb

16:48 - 30 Yanvar 2024 - DÜNYA

Şimali Koreya Honq-Konq və Liviyadakı diplomatik nümayəndəliklərini bağlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinin əməkdaşına istinadən məlumat yayıb.

Koreya Respublikasının hesablamalarına görə, KXDR 2023-cü ilin ikinci yarısından bəri doqquz diplomatik qurumu bağlayıb. Seul onların sayının 44 olduğunu deyir.

Bundan əvvəl KXDR-in Anqola, Banqladeş, Qvineya, İspaniya, Nepal, Seneqal və Uqandadakı səfirlikləri fəaliyyətini dayandırıb.

Xəbər xətti