Neftin qiyməti bahalaşıb

15:25 - 30 Yanvar 2024 - İQTİSADİYYAT

Neftin qiyməti bahalaşıb.

Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı mart fyuçerslərinin qiyməti 7 sent bahalaşaraq bir barelə görə 82,47 dollar olub.

Daha aktiv şəkildə satılan aprel müqaviləsi 14 sent artaraq barreli 81,97 dollara çatıb.

Bu vaxta qədər WTI markalı neftin mart fyuçersləri NYMEX birjasında 0,25 dollar (0,33%) bahalaşaraq bir barelə görə 77,03 dollar təşkil edib.

Xəbər xətti