Gürcüstan parlamenti gələn həftə yeni hökuməti təsdiqləməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın qanunverici orqanının sədri Şalva Papuaşvili məlumat verib.
"Biz gələn həftə hökumətin tərkibini təsdiq etməyi qarşıya məqsəd qoymuşuq. Gürcüstan Prezidenti Salome Zurabişvilinin çıxışı planlaşdırılır, çünki reqlamentə görə, onun çıxışı yaz sessiyasının ilk günündə olmalıdır. Bütün bu proseslər gələn həftə yekunlaşacaq”, - Papuaşvili bildirib.
O əlavə edib ki, parlamentin yaz sessiyası fevralın 6-da başlayacaq. Eyni zamanda, parlament bürosunun iclası keçiriləcək, bu iclasda gələcək hökumət üzvlərinin və baş nazirliyə namizədin komitə dinləmələrinin qaydası və cədvəli təsdiqlənəcək, bundan sonra yeni hökumətə etimad və hökumət proqramı plenar iclasda səsə qoyulacaq.