Ankaranın aldığı Rusiyanın S-400 zenit-raket kompleksləri (ZRS) ilə bağlı məsələ həll olunarsa, ABŞ Türkiyəni Amerikanın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland CNN Türk-ə müsahibəsində bildirib.
"Patriot hava hücumundan müdafiə sisteminin satışı ilə bağlı danışıqlar prosesindəydik, onlar davam edərkən Türkiyə fərqli istiqamətə getdi. Ona görə də bu gün bir neçə müzakirə apardıq. Aydındır ki, S-400 ilə məsələni həll edə bilsək, ABŞ yenidən Türkiyəni F-35 ailəsinə gətirməkdən şad olacaq” - deyib.
Türkiyə 2019-cu ildə Rusiyadan S-400 yer-hava raket sistemlərini aldıqdan sonra F-35 proqramından çıxarılıb.