Messi onu "Barselona"nın baş məşqçi kimi tövsiyə edib

12:42 - 30 Yanvar 2024 - İDMAN

Argentinanın baş məşqçisi Lionel Skaloni "Barselona"ya rəhbərlik edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Todofichajes məlumat yayıb.

Mənbənin öyrəndiyi kimi, baş məşqçi postuna namizədliyi İspaniya klubunun rəhbərliyinə hücumçu Lionel Messi şəxsən tövsiyə edib.

Qeyd edilir ki, Skalonun gəlişi argentinalı futbolçuların “Barselona”ya cəlb olunmasına kömək edəcək. Üstəlik, bu müqavilə kluba maliyyə baxımından da sərfəli olacaq.

Xəbər xətti