Ermənistan Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

12:32 - 30 Yanvar 2024 - DÜNYA

Ermənistan Mərkəzi Bankının Şurası yenidən maliyyələşdirmə dərəcəsini 0,5 faiz bəndi azaldaraq 8,75%-ə endirib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Bank Şurasının 2024-cü il yanvarın 30-da keçirilmiş ilk iclasında qərarı ilə lombard repo dərəcəsi də 10,25%-ə, nağd pul cəlbetmə dərəcəsi isə 7,25%-ə endirilib.

Bu, ötən ilin əvvəlindən yenidən maliyyələşdirmə dərəcəsinin 6-cı endirilməsidir:

2023-cü il iyunun 13-də Mərkəzi Bank onu 10,5% (0,25 faiz bəndi azalaraq), avqustun 1-də 10,25%-ə, sentyabrın 12-də - 9,75%-ə, oktyabrın 31-də 9,5%-ə qədər, dekabrın 12-də isə 9,25%-ə qədər endirib.

Xəbər xətti