Ukraynaya silah tədarükü sülhə aparan yoldur
Ucnoqta.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. ABŞ Dövlət Departamentinin rəhbəri ilə birgə mətbuat konfransında o bildirib ki, NATO ölkələri Kiyevə hərbi yardımı öz gələcəklərinə investisiya kimi qəbul etməlidirlər.
"Ukraynaya yardım xeyriyyəçilik deyil. Bu, Alyans ölkələrinin öz təhlükəsizliyinə sərmayədir", - Yens Stoltenberq əmin edib.