Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif Ədalət Hərəkatı (JM) partiyasının lideri İmran Xan və partiya sədrinin müavini, keçmiş xarici işlər naziri Şah Mehmud Qureyşi 10 il həbs cəzasına məhkum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Geo telekanalı məlumat yayıb. Hökmə görə, onlar dövlət sirri haqqında qanunu pozmaqda ittiham olunurdu.
Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Pakistan hökumətinin keçmiş başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.