Yeni Zelandiya Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini müvəqqəti dayandırdığını elan edib.
Ucnoqta.az xəbər verir ki, ölkənin baş naziri Kristofer Lakson müvafiq açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, Yeni Zelandiya "Xarici işlər naziri agentliyin HƏMAS hücumlarında iştirakı ilə bağlı izahatından razı qalmayana qədər UNRWA-ya əlavə ödəniş etməyəcək". "UNRWA əməkdaşlarına qarşı iddialar inanılmaz dərəcədə ciddidir və onların düzgün şəkildə araşdırılması vacibdir. Yeni Zelandiya xarici işlər naziri əks göstəriş verənə qədər biz töhfə verməyəcəyik", - Lakson jurnalistlərə deyib.