Qırğızıstan prezidenti 2026-cı ildə keçiriləcək seçkilərdə iştirak edəcək

09:11 - 30 Yanvar 2024 - DÜNYA

Qırğızıstan prezidenti Sadır Japarov 2026-cı ildə ikinci müddətə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırır

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Askat Alagözov çərşənbə axşamı sosial şəbəkədəki səhifəsində bildirib.

“Ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən uzunmüddətli beynəlxalq layihələrin həyata keçirildiyini və planlaşdırıldığını nəzərə alsaq, Sadır Japarovun ikinci müddətə seçkilərdə iştirakı siyasətdə ardıcıl addım olacaq”, - Alagözov yazıb.

Sadır Japarov 2021-ci il yanvarın 10-da Qırğızıstanın prezidenti seçilib.

Qırğızıstan Konstitusiyasına görə, dövlət başçısı 5 il olmaqla iki müddətə seçilmək hüququna malikdir.

Xəbər xətti