Çində üçüncü zəlzələ oldu

09:00 - 30 Yanvar 2024 - DÜNYA

Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Vilayətinin Qızılsu-Qırğız Muxtar Vilayətinin Akçi rayonunda üçüncü zəlzələ Pekin vaxtı ilə saat 11:52-də baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkə Mərkəzi (CENC) öz saytında məlumat yayıb.

Maqnitudası 3,6 olan zəlzələnin mənbəyi 14 km dərinlikdə yerləşib.

Qeyd edək ki, ilk zəlzələ – 5,7 bal gücündə – Pekin vaxtı ilə saat 06:27-də, ikinci təkan Pekin vaxtı ilə saat 09:44-də 3,9 bal gücündə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti