Hindistan Hərbi Dəniz Qüvvələrinin “Sumitra” gəmisi Əl Naeemi və hamısı Pakistan vətəndaşı olan 19 ekipaj üzvünü dəniz quldurlarından uğurla azad edib.
Ucnoqta.az xəbər verir ki, Hindistan TV-nin məlumatına görə, gəmi 11 Somali qulduru tərəfindən qaçırıldıqdan sonra gəmi SOS siqnalı alıb.
Məlumata görə, azad etmə əməliyyatı bazar ertəsi baş tutub. Bütün ekipaj üzvləri sərbəst buraxılıb. Əməliyyatın təfərrüatları barədə məlumat verilmir.