İsrailin zərbələri nəticəsində daha 20 fələstinli həlak olub

07:59 - 30 Yanvar 2024 - DÜNYA

İsrailin hava hücumu nəticəsində Qəzza şəhərində əksəriyyəti uşaq və qadınlardan ibarət ən azı 20 fələstinli həlak olub, bir neçə nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, İsrail aviasiyası Sabra bölgəsindəki şəxsi yaşayış binasına, həmçinin Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirib. Bundan əlavə, İsrail ordusunun artilleriyası Fələstin anklavının cənubunda yerləşən Xan Yunis şəhərinin ətrafını atəşə tutub.

Son məlumatlara görə, Qəzza zolağında 2023-cü il oktyabrın 7-də eskalasiya başlayandan bəri həlak olan mülki vətəndaşların sayı 26 637 nəfərə yüksəlib, 65 387 nəfər yaralanıb, 8 minə yaxın insan itkin düşüb.

Xəbər xətti