Şimali Koreya qərb sahilindən bir neçə qanadlı raket buraxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər yerli vaxtla saat 7:00 radələrində buraxılıb. Onların sayı dəqiqləşdirilməyib.
Agentliyin məlumatına görə, Cənubi Koreya ordusu monitorinqi gücləndirib və KXDR-in monitorinqi üçün öz hərəkətlərini ABŞ-la əlaqələndirir.