Çində iki zəlzələ olub

07:15 - 30 Yanvar 2024 - DÜNYA

Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Vilayətinin Qızılsu Qırğızıstan Muxtar Prefekturasının Akçi rayonunda 5,7 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.

Pekin vaxtı ilə saat 06:27-də  qeydə alınan seysmik hadisənin mənbəyi 10 km dərinlikdə olub.

Bundan əlavə, CENC-in məlumatına görə, Pekin vaxtı ilə saat 09:44-də Akçi rayonunda maqnitudası 3,9 olan afterşok baş verib.

Zəlzələlər nəticəsində tələfat və dağıntılar barədə məlumat verilmir.

Xəbər xətti