Yaponiya Fələstinin radikal HƏMAS hərəkatının maliyyələşdirilməsinin qarşısını almaq üçün fiziki və hüquqi şəxslərin sanksiya siyahısını genişləndirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
"Biz HƏMAS-ın maliyyə mənbələrini kəsmək və terrorun maliyyələşdirilməsində boşluqların qarşısını almaq üçün sanksiya siyahılarını genişləndirmişik. HƏMAS ilə əlaqələrə görə sanksiyalar siyahısına əlavə maddələrin əlavə edilməsi zərurətini vaxtında və uyğun şəkildə nəzərdən keçirməyə davam edəcəyik", - o deyib.