Malidə silahlılar 30 nəfəri öldürüb

00:01 - 30 Yanvar 2024 - DÜNYA

Malinin mərkəzində iki kəndin azı 30 sakini silahlılar tərəfindən öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hökumət sözçüsü Mulaye Gindo məlumat verib.

Onun sözlərinə görə, bir qrup silahlı şəxs keçən həftə sonu Mopti bölgəsində yerləşən Oqota və Oimbe kəndlərinə hücum edib. Silahlılar insanları öldürüblər, quldurluq və yanğınla məşğul olublar.

Gindo əlavə edib ki, törədilən cinayətlərə görə hansı qrupun məsuliyyət daşıdığı məlum deyil.

Xəbər xətti