İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal rayonlarını yeni atəşə tutduğunu qeydə alıb və cavab zərbələri endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gün ərzində Livandan İsrailin şimalına çatan bir sıra mərmi atışları qeydə alınıb. Buna cavab olaraq Müdafiə Qüvvələrinin şəxsi heyəti Livandakı atəş nöqtələrinə zərbə endirib.
Bundan əlavə, Livan ərazisində "Hizbullah" hədəflərinə yeni zərbələr həyata keçirilib.