İsrail İran müşavirlərinin Dəməşq yaxınlığındakı qərargahına zərbə endirib

15:59 - 29 Yanvar 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlılarının iranlı məsləhətçilərinin qərargahının yerləşdiyi Suriyanın Seyidə Zeynəb ətrafına hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, hərbi obyektə üç raket zərbəsi endirilib. 

Yerli “Şam FM” radiostansiyası paytaxtın kənarında partlayışlar barədə məlumat verərək, Suriyanın hava hücumundan müdafiə qüvvələrinin Dəməşq səmasında düşmən hədəflərinə atəş açdığını qeyd edib. 

Xəbər xətti