Lerikdə meyit tapılıb.
Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, o bu gün səhər saatlarında rayonun dağlıq ərazisindəki dərədə aşkarlanıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Cəsəddə zorakılıq əlaməti aşkar olunmayıb, onun bir neçə gün həmin ərazidə qaldığı məlum olub.
Hazırda ölən şəxsin kimliyi və ölüm səbəbi araşdırılır.