Naməlum şəxs ölkənin şimalındakı ordu bazası yaxınlığında balta ilə İsrail əsgərlərinə hücum etməyə cəhd edib və zərərsizləşdirilib.
Ucnoqta.az xəbər evrir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl bir terrorçu İsrailin şimalında İsrail ordusunun bazası yaxınlığında basqın edib. Bundan sonra terrorçu avtomobilindən düşüb və balta ilə İDF əsgərlərinə hücum etmək istəyib. Əsgərlər atəşlə cavab verib”, - deyə məlumatda bildirilir.