İranda 4 nəfər edam edilib

10:30 - 29 Yanvar 2024 - DÜNYA

İranda İsrailin xeyrinə casusluq etmək və respublikanın milli təhlükəsizliyini pozmaq üçün terror qruplaşması yaratmaq ittihamı ilə 4 nəfər edam edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi İslam Respublikasının Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, İsrail kəşfiyyat agentliyi Mossad ilə əlaqəsi olan qrupun dörd üzvünə qarşı edam hökmü bazar ertəsi səhər icra olunub. Cinayətkarlar 2023-cü ildə İsfahan əyalətinin Nəcəfabad şəhərində raket zavodunda partlayıcı qurğu quraşdırmaq üzrə əməliyyat keçirmək ittihamı ilə həbs ediliblər. Onlar İraq Kürdüstanı vasitəsilə ölkəyə daxil olublar.

Xəbər xətti