ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarından birinə hücum nəticəsində yaralananların sayı 34-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı amerikalı hərbi rəsmiyə istinadən məlumat yayıb. Hücum nəticəsində 3 hərbçinin öldüyü bildirilir.
Ağ Evin mətbuat ofisi daha əvvəl ABŞ prezidenti Co Baydenin yanvarın 27-də ABŞ qüvvələrinə pilotsuz təyyarənin hücumu nəticəsində üç ABŞ hərbçisinin həlak olduğunu və çoxlu sayda hərbçinin yaralandığını bildirən bəyanat yayıb.