Finlandiyada bazar günü keçirilən səsvermədə heç bir namizəd səslərin yarısını və ya daha çoxunu ala bilmədikdən sonra prezident seçkilərinin ikinci turuna gedəcək.
Ucnoqta.az xəbər verir ki, ikinci tur fevralın 11-də keçiriləcək və birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.
İlkin məlumatlara görə, səslərin 97%-i hesablandıqdan sonra 27,1% səslə keçmiş baş nazir Aleksandr Stubb və 25,7% səslə keçmiş xarici işlər naziri Pekka Haavisto ikinci tura keçib.
Səsvermənin yekun nəticələri yanvarın 30-da elan olunacaq.