Finlandiyada ikinci tur prezident seçkiləri keçiriləcək

00:41 - 29 Yanvar 2024 - DÜNYA

Finlandiyada bazar günü keçirilən səsvermədə heç bir namizəd səslərin yarısını və ya daha çoxunu ala bilmədikdən sonra prezident seçkilərinin ikinci turuna gedəcək.

Ucnoqta.az xəbər verir ki, ikinci tur fevralın 11-də keçiriləcək və birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.

İlkin məlumatlara görə, səslərin 97%-i hesablandıqdan sonra 27,1% səslə keçmiş baş nazir Aleksandr Stubb və 25,7% səslə keçmiş xarici işlər naziri Pekka Haavisto ikinci tura keçib.

Səsvermənin yekun nəticələri yanvarın 30-da elan olunacaq.

Xəbər xətti