Dünya üçüncü dünya müharibəsinin astanasındadır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Yaxın Şərqdəki Amerika bazasına hücumdan sonra deyib.
"Mən prezident olsaydım, bu hücum heç vaxt baş verməzdi, bunun zərrə qədər şansı yox idi. Necə ki, İranın dəstəklədiyi HƏMAS-ın İsrailə hücumu və Ukraynada münaqişə baş vermədi. Biz III Dünya Müharibəsinin astanasındayıq”, – Tramp özünün Truth Social səhifəsində yazıb.