İordaniyadakı ABŞ bazasına hücum ABŞ prezidenti Co Bayden administrasiyasının zəifliyinin növbəti faciəvi nəticəsidir.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri keçmiş dövlət başçısı Donald Tramp deyib.
“İordaniyadakı ABŞ hərbi obyektinə pilotsuz təyyarənin hücumu, üç ABŞ hərbçisinin ölümü və daha çoxunun yaralanması, Amerika üçün dəhşətli bir gündür... Birləşmiş Ştatlara edilən bu həyasız hücum Co Baydenin zəiflik və təslimliyin növbəti dəhşətli və faciəli nəticəsidir”, - Tramp "Truth Social"da yazıb.