İraqda beynəlxalq koalisiyanın hərbi bazasına PUA atəş açıb

19:24 - 28 Yanvar 2024 - DÜNYA

İraqın şimalında Ərbil şəhəri yaxınlığında yerləşən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus hərbi bazaya PUA zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Shafaq News informasiya portalı güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 14:20-də pilotsuz uçuş aparatı (PUA) Ərbil beynəlxalq hava limanının yanında yerləşən bazanı atəşə tutub. Hava limanının bilavasitə yaxınlığında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hissələrinin yerləşdiyi Harir hərbi bazası yerləşir.

Hücuma görə məsuliyyəti “İraq İslami Müqaviməti” hərəkatına aid silahlı şiə birləşmələri öz üzərinə götürüb.

Xəbər xətti