“Qarabağ”ın daha bir futbolçusu zədələndi

16:59 - 27 Yanvar 2024 - İDMAN

"Qarabağ” klubunun daha bir futbolçusu Yassin Benzia zədələnib.

Belə ki, 29 yaşlı yarımmüdafiəçi “Kəpəz”ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX turunun oyununda sıradan çıxıb.

Benzia komandasının vurduğu qol zamanı, 79-cu dəqiqədə rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb.

Görüşə davam edə bilməyən oyunçu birbaşa paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, hazırda matçda hesab - 2:1-dir.

Xəbər xətti