Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında bir qrup məktəb direktoru ilə görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Maliyyə- iqtisadiyyat sektorunun müdiri Araz Babayev və bir qrup məktəb direktorları iştirak ediblər.
Keçirilən görüşdə tədrisin keyfiyyəti, məktəb sənədləri, qarşıda duran hədəflər müzakirə olunub, habelə müvafiq məsələlər barədə məktəb rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, görüşün keçirilməsində məqsəd tədrisin keyfiyyətinin artırılmasından, tədris prosesinin düzgün idarəolunması ilə nəticəyönümlülüyün əldə olunması və ümumi təhsilin məqsədyönlü inkişafına nail olmaqdan ibarətdir.