Kanada hakimiyyəti Türkiyəyə pilotsuz uçuş aparatları (PUA) üçün komponentlərin tədarükünə qoyulan qadağanı aradan qaldırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, tərəflər yanvarın əvvəlində razılığa gəliblər. Müqavilənin şərtlərinə görə, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesini nəhayət başa vurduqdan sonra ixrac bərpa edilməlidir. Ottava həmçinin Kanada komponentləri ilə türk PUA-larının istifadəsi ilə bağlı daha çox şəffaflıq tələb edib.
Reuters qeyd edir ki, Kanada bu qadağanı 2020-ci ildə Azərbaycanın Qarabağ münaqişəsi zamanı Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq edib.