"Liverpul"un baş məşqçisi Yurgen Klopp normal həyat sürmək üçün cari mövsümün sonunda klubdan ayrılmağa qərar verdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Uzun müddətdir normal həyat sürməmişəm. Normal həyat sürmək üçün çox qocaldığımı gözləmək istəmirəm. Bunun necə olduğunu və darıxmayacağımı anlamaq üçün heç olmasa cəhd etməliyəm. Bu, mənim ayrılmam üçün ən uyğun vaxtdır, çünki gələn mövsümdən etibarən əvvəlki kimi işimi görə bilməyəcəm”, - Klopp bildirib.
Alman mütəxəssis 2015-ci ilin payızından “Liverpul”da çalışır.