Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını başa çatdırmaq üçün bütün addımları atmağa razılaşıblar
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Tbilisidə gürcü həmkarı İrakli Qaribaşvili ilə keçirdiyi brifinqdə bildirib.
“Biz müvafiq strukturlara göstəriş verməyə razılaşdıq. Xüsusilə, onlar dövlətlərarası sərhədin delimitasiyası prosesini başa çatdırmaq üçün addımlar atmalı olacaqlar”, -o, deyib.