İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbə endirib

16:59 - 26 Yanvar 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Livandan İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Hizbullah hərəkatının hərbi obyektlərinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl Livandan Hermon dağına (İsrailin şimalında) bir neçə atış qeydə alınıb. Bu mərmilər yaşayış olmayan əraziyə düşüb. İDF hücumların həyata keçirildiyi ərazilərə zərbələr endirib. Bundan əlavə, qırıcı təyyarə Livanda Bint Cbeil bölgəsindəki hərbi Hizbullah kompleksinə zərbə endirib”, - məlumatda deyilir. 

Xəbər xətti