Cənubi Koreya və ABŞ ilk kibertəhlükəsizlik təlimi keçirib

16:05 - 26 Yanvar 2024 - DÜNYA

Koreya Respublikası və ABŞ yanvarın 15-dən 26-dək Cənubi Koreyanın Kiberməkan Əməliyyatları Komandanlığında baş tutan KiberAlyansın ilk təlimini keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, komandanlığın kiber əməliyyatlar üzrə ilk təlimidir.

Təlimin məqsədi kibertəhlükələrə qarşı birgə mübarizəyə hazırlığı artırmaqdır. İştirakçılar hacking cəhdləri haqqında məlumatın ötürülməsi bacarıqlarını tətbiq etdilər və cavab tədbirləri həyata keçirdilər. Tərəflər təlimlərin əhatə dairəsini genişləndirmək niyyətindədirlər.

///tass

Xəbər xətti