926 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib

16:12 - 26 Yanvar 2024 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2023-cü ildə 5033.6 hektar ərazi sifariş olunub.

Bunu Trend-ə açıqlamasında Minatəmizləmə Agentliyinin Əməliyyat İdarəsinin rəisi Rahib Quliyev deyib.

Onun sözlərinə görə, sifariş olunmuş ərazidə 22 faiz həyata keçirilib, 926 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

"Təmizləmə zamanı işğaldan azad olunmuş ərazilərdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Laçın rayonlarını əhatə edib. Bu ərazilərdə 28 müxtəlif sahələr qurulmuş, xüsusi yanaşmalar mina təmizləmə üsuluna uyğun olaraq təmizlənib. Ərazilər 926.6 hektar mina və partlamamış hərbi sursatlardan təmizlənmiş və Ekologiya Təbii Sərvətlər Nazirliyinə təhvil verilib. Bu il 7033.8 hektar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sifariş olunub. Biz bu təmizləmə öhdəliyini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin öncəliyə salacağı əraziləri təmizləməsinə əsas veririk. Həmin ərazilər mina və partlamamış sursatlardan təmizlənməsi üçün təmizləmə istiqamətində fəaliyyətimizi həyata keçiririk", - deyə o, əlavə edib.

Xəbər xətti