2024-cü ilin sonuna qədər 155 mm-lik artilleriya sursatının istehsal həcmini ən azı 1,3 milyon ədədə çatdırmaq lazımdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının daxili bazar üzrə komissarı Tyerri Breton məlumat verib.
“Əgər biz konkret olaraq 155 mm çaplı sursatdan danışırıqsa, onda artıq yazda, mart-aprel aylarında biz istehsal potensialımızı illik hesabla 1 milyondan çox mərmi artıracağıq. İlin sonuna qədər bu rəqəm 1,3-1,4 milyona qədər artacaq”, - o, Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə danışıqlardan sonra “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.
Bretonun sözlərinə görə, 2025-ci ildə Aİ bu çaplı mərmilərin istehsalını 2 milyon ədədə çatdırmağı planlaşdırır.