Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir

13:06 - 26 Yanvar 2024 - ÖLKƏ İÇİ

Zəngilanda işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir.

"Report"un Zəngilana ezam olunmuş əməkdaşının verdiyi xəbərinə görə, iclas Zəngilan Konqres Mərkəzində baş tutur.

İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun OZVO Nərgiz Qaracayeva və işçi qrupun digər üzvləri iştirak edir.

İclasda Cəbrayıl rayonunda kəhrizlərin bərpası yolu ilə ətraf mühitin dayanıqlı inkişaf həlləri, Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafında ekoloji amillərin qiymətləndirilməsi, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə meşəçilik sahəsində görülmüş işlər, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq, layihələrinin icrası zamanı ekoloji dayanıqlılığın təmin olunması, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və yenidən qurulması məsələləri müzakirə edilir.

Həmçinin, Zəngilan və Cəbrayıl rayonlarının su təchizatı sistemləri, Şərqi Zəngəzur iqtisadi rayonunda yol-tikinti layihələri, ərazidə mövcud mineral xammal yataqlarının vəziyyəti və istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə ekoloji mühitin bərpası prosesi ərazi planlaşdırılması aspektləri, ekoloji qiymətləndirmə və yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə fəaliyyəti haqqında məsələlər ətrafında müzakirə aparılır.

Xəbər xətti