Qəzaya uğrayan təyyarədən 1 milyon dollar oğurlanıb?

11:26 - 26 Yanvar 2024 - DÜNYA

Əfqanıstanda qəzaya uğrayan təyyarədə 1,2 milyon dollar olduğu deyilən məlumat təkzib edilib.

Ucnoqta.az xəbər verir ki, bunu təyyarədə yeganə sağ qalanlardan biri, pilot Arkadi Qraçov deyib. "Orada pul yox idi" - deyə Vnukovo hava limanında jurnalistlərə bildirib.

"Əfqan xalqının spesifikliyi, köməyə gəldilər, onlara bir növ təşəkkür etmək lazım idi. Biz onlara bir az pul verdik", - pilot əlavə edib.

Bundan əvvəl Əfqanıstanın “Haşt-e Subh” qəzeti bölgədəki mənbələrə istinadən məlumat yayıb ki, naməlum şəxslər Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan Rusiyaya məxsus “Falcon 10” təyyarəsindən təxminən 1,2 milyon dollar oğurlayıblar.

Xəbər xətti