Əfqanıstanda qəzaya uğrayan təyyarədə 1,2 milyon dollar olduğu deyilən məlumat təkzib edilib.
Ucnoqta.az xəbər verir ki, bunu təyyarədə yeganə sağ qalanlardan biri, pilot Arkadi Qraçov deyib. "Orada pul yox idi" - deyə Vnukovo hava limanında jurnalistlərə bildirib.
"Əfqan xalqının spesifikliyi, köməyə gəldilər, onlara bir növ təşəkkür etmək lazım idi. Biz onlara bir az pul verdik", - pilot əlavə edib.
Bundan əvvəl Əfqanıstanın “Haşt-e Subh” qəzeti bölgədəki mənbələrə istinadən məlumat yayıb ki, naməlum şəxslər Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan Rusiyaya məxsus “Falcon 10” təyyarəsindən təxminən 1,2 milyon dollar oğurlayıblar.