Nəhəng dalğalar ABŞ-ın Marşal adalarındakı strateji əhəmiyyətli hərbi bazasını su basıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN yazıb. Qeyd olunur ki, obyekt kosmos və raket buraxılışlarının izlənməsində əsas rol oynayır, hərbi hesabatda isə qeyd olunur ki, infrastrukturun bərpası aylar çəkə bilər.
Hadisə ötən həftə sonu Kvajalein Atollunun ikinci ən böyük adası olan Roi Namur adasında baş verib. Okean dalğaları qəflətən adanın şimal ucunu yuyub, binalara nüfuz edib və infrastrukturu zədələyib.
Bərpa işlərinə başlamaq üçün 120 nəfərin qaldığı adada uçuş-enmə zolağı təmizlənməlidir.
Meteoroloqların fikrincə, insidentin səbəbi normal ölçülü dalğalar arasında yaranan qeyri-adi böyük dalğaya verilən ad olan “yarmaz dalğa” olub. Üstəlik, iqlim dəyişikliyi səbəbindən baş verən dəniz səviyyəsi ilə birlikdə bu cür hadisələrin zərərləri artır. ABŞ Geoloji Xidmətinin məlumatına görə, sözügedən adanın maksimal hündürlüyü dəniz səviyyəsindən dörd metrdən azdır.